10 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstanda bir sıra məhdudiyyətlər ilin sonunadək qüvvədə qalacaq

Gürcüstanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan bir sıra məhdudiyyətlər ilin sonuna qədər mütləq qüvvədə qalacaq.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, COVID-19 infeksiyası naməlum virus olduğundan adi həyat tərzinə qayıtmaq hələ mümkün olmayacaq: “Əllərin tez-tez yuyulması, qapalı məkanlarda tibbi maskadan istifadə davam etdiriləcək. Çox sayda insanların bir yerə toplaşması, böyük yeyib-içmək məclislərinə qoyulan məhdudiyyətlər hələ uzun müddət götürülməyəcək”.

Baş infeksionist qeyd edib ki, “Evdə qalın!” çağırışı tezliklə “Koronavirusla birgə yaşamağa öyrəşək!” çağırışı ilə əvəzlənəcək. Çünki bu infeksiya bir-iki aydan sonra məhv olmayacaq.

©Report

Son xəbərlər
Digər xəbərlər