Gürcüstanda çörək bahalaşacaq

Gürcüstanda çörəyin qiymətində 5-7 tetri artım gözlənilir.

Bu barədə Gürcüstanın Çörək məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib.

Onun sözlərinə görə, hökumətin 6 aylıq subsidiya proqramı bu ayın sonunda başa çatır və artıq sahibkarlar qiymətlər barədə qərarı özləri qəbul edəcəklər.

M.Dolidze qeyd edib ki, dünya bazarlarında və Gürcüstanda unun qiyməti aşağı düşüb: “Hesab edirəm ki, subsidiyanın ləğvi barədə qərar düzgündür. Belə ki, subsidiya yardımdır və sistematik hal ala bilməz”.

Gürcüstanda zavodda istehsal olunan çörəyin qiyməti çəkisindən asılı olaraq 60 tetri – 1 lari təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.