18 C
Baku
Saturday, November 2, 2024

Gürcüstanda COVID peyvəndi əhaliyə pulsuz olacaq

Gürcüstan hökumətinin əldə edəcəyi koronavirusa qarşı peyvənd ölkə əhalisi üçün ödənişsiz olacaq.

Banker.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndi təsdiqləyəndən sonra preparat Gürcüstan üçün əlçatan olacaq.

Mərkəz rəhbəri preparatın Gürcüstana nə zaman çatdırılacağı ilə bağlı dəqiq tarixin hələ məlum olmadığını deyib.

Gürcüstan hökuməti əhalinin 20%-i üçün peyvənd alacaq. Ölkə 1 milyon 400 min doza vaksinin alınması üçün artıq ilkin ödəniş edib.

Xatırladaq ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də açıqlama verərək, ölkəmizə vaksinin gətirilməsi uğurunda işlərin getdiyini demişdi.

 

Son xəbərlər
Digər xəbərlər