Gürcüstanda dəmir yolu ilə sərnişindaşımalar bərpa edilir

Gürcüstanda dəmir yolu ilə sərnişindaşımalar 2 gün ərzində bərpa ediləcək.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava hökumətin iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, iki gün ərzində ölkədə dəmir yolu ilə sərnişindaşımalara dair cədvəl elan ediləcək.

Nazir ölkədəki müsbət epidemioloji dinamikanın qorunması məqsədi ilə vətəndaşları diqqətli olmağa çağırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər