10 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Gürcüstanda daha 3 nazirlik ləğv ediləcək.

Report-un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə ölkənin ədliyyə naziri Teya Tsulukiani bildirib.

Nazir deyib ki, bu gün hökumətdə struktur dəyişiklikləri ilə bağlı məsləhətləşmələr aparılıb. Müzakirələr başa çatdıqdan sonra baş nazir Mamuka Baxtadze yeni struktur dəyişiklikləri və ləğv olunacaq nazirliklər barədə siyahını təqribən 20 gün sonra parlamentə təqdim edəcək.

Bundan sonra parlament yenidən hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də parlament Mamuka Baxtadzeni baş nazir postuna təsdiq edib. Eyni zamanda, parlamentdə hökumətin yeni strukturunu və inkişaf proqramını təsdiq edilib. Parlamentdə yeni hökumətin lehinə 99, əleyhinə isə 6 deputat səs verib.

Yeni baş nazir hökumət başçısı kimi çıxışı zamanı hökumətin tərkibində dəyişikliklər olunacağını və bunun 6 nazirliyi əhatə edəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər