16 C
Baku
Monday, May 20, 2024

Gürcüstanda daimi yaşayış izni alan Azərbaycan vətəndaşlarının sayı artıb

Ötən il Gürcüstanda 218 Azərbaycan vətəndaşına daimi yaşayış icazəsi verilib.

Bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkədə daimi yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının sayı 74 nəfər artıb.

2015-2018-ci illərdə isə Gürcüstanda, ümumilikdə, 2 790 Azərbaycan vətəndaşına daimi yaşayış izni təqdim olunub.

Hesabat dövründə qonşu ölkədə Azərbaycan vətəndaşlarına ən çox daimi yaşayış icazəsi 2 277 olmaqla 2015-ci ildə verilib.

Sənəddə qeyd olunub ki, yaşayış icazələrinin verildiyi əcnəbilərin 89%-i 18-65 yaş qrupuna daxil olan şəxslərdir. Yaşayış izninin sahiblərinin 66%-ni kişilər təşkil edir.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər