14 C
Baku
Monday, November 10, 2025

Gürcüstanda elektrik enerjisinin qiymətini qaldırdı

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün elektrik enerjisinin istehlak tarifi artırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərar Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının iclasında qəbul olunub.

Qərara əsasən, Tbilisini elektrik enerjisi ilə təmin edən “Telasi” SC-nin abunəçiləri üçün 1 kv/saat üçün tarif ƏDV daxil olmaqla 1,56 tetri bahalaşıb.

2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflər 3 il müddətinə müəyyənləşib.

Gürcüstanın regionlarını elektrik enerjisi ilə təmin edən “Energo-Pro Georgia” SC-nin abunəçiləri üçün də tarifin artırılacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər