Gürcüstanda enerji sistemində həyata keçirilən islahatlar çərçivəsində Energetika birjası yaradılıb.
Birja Avropa təcrübəsinə uyğun olaraq formalaşdırılacaq.
Birjanın təsisçiləri 50%/50%-lik pay ilə “Gürcüstanın elektrik sistemi” SC və “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”dur. 2021-ci ildən etibarən fəaliyyətə başlayacaq Energetika birjasında ilkin mərhələdə elektrik enerjisi, daha sonra isə enerji istehsal edən obyektlər satışa çıxarılacaq.
Birjaya Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının keçmiş sədri İrina Milorava rəhbər təyin olunub.
©Report