26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanda hərbi xidmətin müddəti azaldılır

Gürcüstanda hərbi xidmətin müddəti 12 aydan 8 ayadək azaldılacaq.

Bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamaı deyib.

O bildirib ki, hərbi xidmətə yalnız Müdafiə Nazirliyinin strukturlarına çağırış olacaq.

“Çağırışçıların milli hərbi xidməti formalaşdırılacaq. Xidməti müddəti səkkiz ay təşkil edəcək. Xidmət yalnız Müdafiə Nazirliyinin sistemində həyata keçiriləcək”, – deyə nazir bildirib.

Qeyd edək ki, Gürcüstanda hazırda hərbi xidmət Müdafiə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinə keçirilir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər