Gürcüstanda ictimai nəqliyyatdan istifadə iyulun 15-dək məhdudlaşdırılıb

Gürcüstanda ictimai nəqliyyatdan istifadəyə tətbiq edilən məhdudiyyətin vaxtı iyulun 15-dək uzadılıb.

Bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar bir qədər öncə Gürcüstan hökuməti tərəfindən qəbul edilib.

Qeyd edək ki, martın 31-dən etibarən  Gürcüstanda  koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları