Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır.
Bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib.
Onun sözlərinə görə, hazırda bazarda avtomobillər maya dəyərindən aşağı qiymətə satılır:
“2023-cü ilin yazında bazarda avtomobil qıtlığı qiymətlərin artmasına səbəb olmuşdu. Nəticədə ölkəyə daha çox nəqliyyat vasitəsi idxal edildi. Təəssüf ki, bu da öz növbəsində bazarlarda avtomobillərin qiymətlərinin aşağı düşməsinə səbəb oldu”.
O qeyd edib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin göstəricilərindən 31,3% azdır:
“Avtomobillərin təkrar ixracı isə 443,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,8% çoxdur”.