8 C
Baku
Thursday, November 7, 2024

Gürcüstanda illik inflyasiya 2,3% olub

Ötən ay Gürcüstanda inflyasiya 0,3% təşkil edib.

Banker.az mənbənin yerli bürosuna istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Ölkədə illik inflyasiya isə 2,3% olub.

Oktyabr ayında Gürcüstanda geyim (3,6%) və ayaqqabıların (12.6%) qiymətində bahalaşma olub. Nəqliyyat xərcləri 0,6%, alkoqollu içkilər və tütünün qiyməti 0,7%, səhiyyə xərcləri isə 0,6% artıb.

İllik inflyasiyaya gəlincə, ötən illə müqayisədə ərzaq və alkoqolsuz içkilər 0,2%, alkoqollu içkilər və tütün 5,7%, nəqliyyat xərcləri 6,5%, səhiyyə xərcləri 6,1%, kommunal xərclər isə 4,4% artıb.

 © Report

Son xəbərlər
Digər xəbərlər