21 C
Baku
Tuesday, October 8, 2024

Gürcüstanda “iPhone 7” smartfonlarının satışına başlandı

Gürcüstanda “iPhone 7” satışlarına başlanılıb. “Sputnik Qruziya” nəşrinə istinadən məlumatına görə, artıq ilk beş smartfon öz sahiblərini tapıb.

Çoxdan gözlənilən “iPhone 7”-ni ancaq sentyabrın 13-14-də sifariş etmiş şəxslər ala biliblər. “Biz artıq Gürcüstan alıcılarının öncədən sifariş etdikləri 5 modeli satmışıq. Smartfonun qiyməti 9 999 lari və ya 4.3 min dollar təşkil edib”, – deyə “iPhone+” mağazasının meneceri Kaxa Sepaşvili bildirib.

O qeyd edib ki, artıq bu smartfonların 80 faizi artıq satılıb: “Artıq birisi gündən sonra qiymətlər stabilləşməyə başlayacaq. Buna səbəb artıq ABŞ-da satışların başlanmasıdır. Sentyabrın 17-dən smartfon modelinin qiyməti 7 777 lari və ya 3,4 min dollar təşkil edəcək”, – deyə Sepaşvili bildirib.

Sentyabrın 18-dən isə smartfonun qiyməti təxminən 3-4 min lari və ya 1,3-1,7 min dollar təşkil edəcək. Sentyabrın 20-də qiymət 2 599 lariyə və ya 1,1 min dollara düşəcək. Sentyabrın 20-dən sonra isə “iPhone 7” smartfonunun qiyməti 2 199 lari və ya təxminən 956 dollar olacaq.

Lent.az

Son xəbərlər
Digər xəbərlər