22 C
Baku
Friday, April 19, 2024

Gürcüstanda işini itirənlərə və sahibarlara yenidən yardım veriləcək

Gürcüstanda dövlət sahibkarlara və işini itirən insanlara yenidən yardım edəcək.

Banker.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə məlumat verib.

Baş nazir deyib ki, sahibkarlara yenidən birdəfəlik 300 lari, işini itirənlərə isə 6 ay ərzində 200 lari veriləcək: “İlk dalğa dövründə sahibkarlar üçün sosial ünvanlı yardımı tətbiq etdik, bu 300 lari miqdarında idi. Hal hazırda bu insanları qeydiyyata almağa başladıq və onlara 300 lari yardım yenə olunacaq. Həmçinin məqsədli bir bank krediti olan sahibkarların kreditinin təxirə salınmasına da kömək edəcəyik.

Bundan başqa, birinci dalğa dövründə, işlərini itirən və altı ay ərzində ayda 200 lari yardım alan rəsmi olaraq işləyən insanlar üçün bu proqram 1 yanvardan yenidən başlayacaq və altı ay davam edəcək”,- deyə, Qaxaria bildirib.

Gürcüstan dövləti sosial cəhətdən həssas, çoxuşaqlı ailələrə, həmçinin reytinq balı 65.000-100.000 arasında olanlara altı ay ərzində hər ay 100 lari yardım edəcək.

Bunu baş nazir brifinqdə məlumat verib.

“Bildiyiniz kimi, 65.000-100.000 bal arasında çox sayda sosial cəhətdən həssas əhalimiz var. Buna görə də ilk dalğa zamanı olduğu kimi onlara 6 ay müddətində hər ay 100 lari yardım veriləcək.

Əlavə olaraq, 16 yaşınadək üç və ya daha çox azyaşlı uşağı olan 0-100,000 balları olan ailələr də altı ay ərzində hər ay dövlətdən 100 lari yardım alacaqlar.

Həmçinin, 18 yaşınadək uşağı olan əlillərə də altı ay ərzində 100 lari veriləcək”,- deyə Qaxaria bildirib.

Son xəbərlər
Digər xəbərlər