Bu ilin üçüncü rübündə Gürcüstanda işsizliyin səviyyəsi 12,2 faizə enib. Ölkədə əmək qabiliyyətli 2 milyon nəfərin 237 min 400 nəfəri rəsmi olaraq işsiz statusu alıb.
Banker.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın maliyyə naziri İvane Maçavariani məlumat verib.
İ.Maçavariani deyib: “Biz işsizliyin daha aşağı səviyyəyə endirmək kimi qarşıya qoyduğumuz məqsədə hələ çatmamışıq. Bu bizim üçün hələ çox uzaqdadır. Amma iqtisadi siyasətimiz düzgün istiqamətdə gedir. Biz yolumuzdan dönməyəcəyik”.