10 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstanda keçmiş prezident iqamətgahı elektron hərraca çıxarılıb – Foto

Gürcüstan hökuməti Mestia rayonunda yerləşən keçmiş prezident iqamətgahını elektron hərraca çıxarıb.

Obyekt “Biznes üçün 100 investisiya təklifi” kampaniyası çərçivəsində satılır.

Özəlləşdirilməyə çıxarılan obyektə qeyri-kənd təsərrüfatı torpağı və orada yerləşən binalar daxildir.

Keçmiş iqamətgahı almaqda maraqlı olan şəxs və ya şirkət müqavilə imzalanandan 42 aydan çox olmayan müddətdə obyektin otel kimi fəaliyyət göstərməsini təmin etməlidir.

Obyektin başlanğıc qiyməti 1 840 000 lari (1 milyon manatdan çox) təşkil edir.

8c69b1c7 6972 400f 85b0 376424582c77©Report

Son xəbərlər
Digər xəbərlər