Gürcüstanın “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili kişilərin pensiya yaşının 5 il azaldılmasını, qadınların pensiya yaşına bərabərləşdirilməsini təklif edib.
Hazırda Gürcüstanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 60-dır.
Xabeişvili qeyd edib ki, Gürcüstanın müxtəlif regionlarının sakinləri kişilər üçün pensiya yaşının azaldılması ilə bağlı müraciət ediblər.