Gürcüstanda son sutkada daha 2 859 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 754 nəfər sağalaraq evə buraxılıb, 18 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 54 852-yə çatıb. Onların 39 773-ü sağalıb, 441-i isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 3 015, stasionar nəzarətdə 4 670 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 2 599 nəfər isə xüsusi otellərdə müalicə olunur.