27 C
Baku
Wednesday, June 26, 2024

Gürcüstanda koronavirusa 3 504 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 3 504 yeni yoluxma halı təsdiqlənib, 3 163 nəfər sağalıb, 33 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı76 658 nəfərə çatıb. Onların 58 674-ü sağalıb, 669-u isə ölüb.

Hazırda karantində saxlanılanların sayı 2 425, stasionar nəzarətdə olanların sayı isə5 355 nəfər təşkil edir. 3 361 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər