18 C
Baku
Saturday, November 2, 2024

Gürcüstanda koronavirusa qarşı peyvənd ödənişsiz olacaq

Gürcüstan hökumətinin əldə edəcəyi koronavirusa qarşı peyvənd ölkə əhalisi üçün ödənişsiz olacaq.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndi təsdiqləyəndən sonra preparat Gürcüstan üçün əlçatan olacaq.

Mərkəz rəhbəri preparatın Gürcüstana nə zaman çatdırılacağı ilə bağlı dəqiq tarixin hələ məlum olmadığını deyib.

Qeyd edək ki, Gürcüstan hökuməti əhalinin 20 %-i üçün peyvənd alacaq. Qonşu ölkə 1 milyon 400 min doza vaksinin alınması üçün artıq ilkin ödəniş edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər