1 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti uzadılır

Gürcüstan hökumətinin pandemiya dövründə məhdudiyyətlər tətbiq etməklə bağlı səlahiyyət müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılacaq.

“İctimai sağlamlıq haqqında” qanuna müvafiq düzəlişlər layihəsi Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq.

Sənəddə qeyd olunub ki, müddətin artırılmasının məqsədi hökumətin pandemiyanın yayılmasının qarşısını alması və proseslərin idarə olunması üçün mövcud hüquqi mexanizmin saxlanılmasıdır.

Qeyd edək ki, bundan öncə hökumətə bu səlahiyyət 2022-ci ilin yanvarın 1-dək verilmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər