3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda mal-qaranın ixracına məhdudiyyət qoyulub

Gürcüstanda mal-qaranın ixracına məhdudiyyət təsdiq olunub.

Yeni qaydalara əsasən ixraca yönələn iri buynuzlu mal-qaranın çəkisi 140 kiloqramdan 200 kiloqrama qədər artırılıb.

Gürcüstanın Milli Qida Agentliyindən bildirilib ki, yeni qaydalar heyvandarlıq sahəsinin inkişafı, məhsulların istehsalının artırılması və emal sənayesi sahəsində yeni iş yerlərinin yaradılmasına kömək edəcək.

Qeyd edək ki, Azərbaycan Gürcüstandan iri buynuzlu mal-qara idxal edən əsas ölkələrdən biridir.

©Report

Son xəbərlər
Digər xəbərlər