“Bu gündən Gürcüstanda qapalı məkanlarda tibbi maska taxmaq məcburidir”.
Mirtv.ru xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin Mətbuat Katibi İrakli Çikovani brifinqdə çıxış edərkən bildirib.
“Tibbi maska tələbinin yerinə yetirilməsinə görə, məsuliyyəti hüquqi şəxslər daşıyır. Bu tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari (8 min AZN – red.) cərimə olunacaqlar”, – deyə İ.Çikovani qeyd edib.
İ.Çikovani əlavə edib ki, bu gündən Gürcüstan ərazisində minik avtomobillərinin hərəkətinə qadağa qoyulacaq: “Məhdudiyyətlər yük daşınmasına, eləcə də distribüter avtomobillərinə şamil edilmir”.
©Oxu