25 C
Baku
Tuesday, July 22, 2025

Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin müddəti uzadılıb

COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtı avqustun 31-dək uzadılıb.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi (GCAA) məlumat yayıb.

Bildirilib ki, müntəzəm uçuşların sentyabrın 1-dən başlanması planlaşdırılır.

Qeyd edək ki, qonşu ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 1-də ləğv edilməli idi, lakin GCAA-nın qərarına əsasən, bu, avqustun 1-nə təxirə salınmışdı.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər