11 C
Baku
Saturday, November 16, 2024

Gürcüstanda Parlament seçkiləri keçirilir

Gürcüstanda 10-cu çağırış Parlament seçkiləri keçirilir.

Bu gün saat 08:00-da start götürən səsvermə prosesi axşam 20:00-dək davam edəcək.

Ölkə üzrə 3 657 seçki məntəqəsində keçirilən səsvermədə 150 parlament yeri uğrunda 48 siyasi partiya və 2 blok yarışır.

Seçkilərdə iştirak üçün ümumilikdə 78 partiya müraciət etsə də onlardan 12-nin müraciəti rədd edilib. “Covid-19” pandemiyası ilə əlaqədar olaraq karantində olan təxminən 11 min vətəndaşın səsvermə prosesində iştirakı üçün mobil seçki qutuları yaradılıb.

Budəfəki parlament seçkilərində səsvermə prosesinin gedişini yerli müşahidəçilərlə yanaşı, 23 beynəlxalq təşkilatdan və 20 səfirlikdən olan nümayəndələr izləyəcək.

Qeyd edək ki, bu il iyunun 29-da Gürcüstan parlamenti müxalifətlə hakim partiya arasında razılaşdırılan memoranduma əsasən, seçki məcəlləsinə düzəlişi təsdiqləyib.

Düzəlişə əsasən, bu il keçiriləcək parlament seçkilərində 150 deputatdan 120-i proporsional (partiya siyahısı ilə), 30-u isə majoritar qaydada seçiləcək. Bundan başqa seçkilərdə baryer 5 faizdən 1 faizə endirilib, təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.

Qonşu ölkədə 2024-cü ildən tam proporsional seçki sisteminə keçiləcək.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər