Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini təsdiqləyib. Təsdiq edilmiş protokola əsasən, hakim “Gürcü arzusu” partiyası 89 mandat (53.93%) qazanıb.
“Dəyişiklik koalisiyası” – 19 mandat (11.03%), “Vahid milli hərəkat” – 16 mandat (10.17%), “Güclü Gürcüstan” – 14 mandat (8.81%), “Gürcüstan naminə” partiyası isə 12 mandat (7.78%) alıb.
Müxalifət tərəfdarları səsvermənin etibarsız sayılmasını tələb edirlər. Gürcüstanda səsvermə oktyabrın 26-da keçirilib. Ertəsi gün müxalifət seçkilərdə saxtakarlıq olduğunu elan edərək etiraz aksiyalarına başlayıb. Etirazlarda ölkə prezidenti Salome Zurabişvili də iştirak edib.