26 C
Baku
Wednesday, April 24, 2024

Gürcüstanda qapalı məkanlarda maskadan istifadə tələbinin ləğvi gözlənilir

Gürcüstanda qapalı məkanlarda qoruyucu maska taxmaq tələbinin ləğvi müzakirə olunur.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, tələb yalnız müəyyən qruplara aid şəxslər üçün məcburi olaraq qala bilər: “Bir çox ölkələrdə qapalı məkanlarda maska rejimi yumşaldılıb. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Dövlət Qurumlarıarası Koordinasiya Şurasında müzakirələr davam etdirilir”.

Qeyd edək ki, Gürcüstanda açıq havada qoruyucu maska taxmaq tələbi martın 28-dən aradan götürülüb. İctimai nəqliyyat, mağaza, məktəb, teatr və digər qapalı məkanlarda isə maskadan istifadə tələbi qüvvədədir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər