24 C
Baku
Sunday, August 14, 2022

Gürcüstanda Rusiya ilə viza rejiminin tətbiqi tələb olunur

Gürcüstanın Turizm Sənayesi Alyansının üzvləri Rusiya ilə qısamüddətli viza rejiminin tətbiqini tələb edirlər.

Təşkilat məsələ ilə bağlı Gürcüstan parlamentinin sədrinə açıq müraciət ünvanlayıb.

Sənəddə bildirilib ki, Rusiyaya qarşı sanksiyalara görə Gürcüstanda Rusiya vətəndaşlarının sayı kəskin artıb və bu, viza rejiminin tətbiqi ilə dərhal məhdudlaşdırılmalıdır.

Məsələyə münasibət bildirən Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib ki, son vaxtlar Gürcüstana 20-25 min nəfər Rusiya vətəndaşı gəlib və bu say 2020-ci ilin analoji dövrü ilə eynidir.

Turizm Sənayesi Alyansının müraciətinə gəlincə, nazir məsələ ilə bağlı təşkilatla danışıq aparılacağını bildirib.

Qeyd edək ki, 2012-ci il martın 1-dən Gürcüstan Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər