20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Gürcüstanda “Stop Covid” mobil tətbiq istifadəyə verilib

Gürcüstanda koronavirusla bağlı “Stop Covid” adlı mobil tətbiq istifadəyə verilib.

Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib.

Mobil tətbiqin məqsədi COVID-19 infeksiyasının erkən aşkarlanması və profilkatikasıdır.

Tətbiq istifadəçilərə koronavirusa yoluxmuş şəxslə təmasda olub-olmadığını öyrənməyə imkan verir.

Nazirliyin təşəbbüsü ilə hazırlanan innovativ yenilik iOS və Android istifadəçiləri üçün əlçatandır.

Mobil tətbiq Avstriya şirkəti tərəfindən hazırlanıb və ondan istifadə ödənişsizdir.

Anoloji mobil tətbiqlər Yaponiya, Cənubi Koreya, Sinqapur da daxil olmaqla bir sıra ölkələrdə istifadə olunur.

©Report

Son xəbərlər
Oxşar xəbərlər