Gürcüstanda sürüşmə nəticəsində kurort tamamilə dağılıb, 18 nəfər ölü tapılıb

Tbilisi meri, hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze Raça yüksək dağlıq rayonunda yerləşən Şovi kurortunun avqustun 3-də baş verən sürüşmə nəticəsində tamamilə dağıldığını açıqlayıb. Yerli KİV-ə görə, bu barədə Kaladze bu barədə jurnalistlərə müsahibəsində qeyd edib.

O bildirib ki, Raçada, xüsusən Şovidə baş verənlər çox ciddidir və demək olar ki, Şovi tamamilə palçıq altda qalıb:

Kaladze Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, xilasedicilərə və könüllülərə minnətdarlığını bildirib. O, vurğulayıb ki, sürüşmə zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər gecə-gündüz davam etdirilir.

Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir. Ölənlərdən 14-nün şəxsiyyətinin müəyyən edildiyi, onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı da var.

Son xəbərlər
Digər xəbərlər