Gürcüstanda tətil elan edilib

Bu gündən Gürcüstanda yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə ölkə miqyasında tətil elan edilib.

Müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinaisya Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, tətil mayın 11-dək davam edəcək. Hökumət bu müddət ərzində dövlət və özəl müəssisələrə distant qaydada fəaliyyət göstərməyi tövsiyə edib.

Qeyd edək ki, Gürcüstanda mayın 3-dən 12-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Məhdudiyyət şəhərlərarası sərnişin daşımalarına şamil edilməyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.