7 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanda terminalın tikintisi dayandırıldı

Tbilisi Şəhər Məhkəməsi Batumi limanında mineral gübrə terminalı inşasına etiraz edən “Bizim Batumi” hərəkatının iddiasını təmin edib.

Bu barədə Gürcüstan televiziyasının Birinci kanalı məlumat yayıb.

“Gürcüstan Sputnik”in məlumatına görə, söhbət dənəvər karbamidin daşınması məqsədi ilə Gürcüstandan keçməklə Azərbaycan və Asiya ölkələrindən Avropaya yeni logistika nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan terminalının inşası layihəsindən gedir.

Yeni terminalın Batumi limanında yük dövriyyəsini 200 min ton artıracağı gözlənilirdi. Müxtəlif ictimai hərəkatlar dəfələrlə terminalın inşasına qarşı çıxıb.

Məhkəmə Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin terminalın inşası və istismarı zamanı ətraf mühitə təsir barədə rəy hazırlaması və təqdim etməsi barədə qərar çıxarıb, eyni zamanda Batumidə mineral gübrə terminalının inşasına başlanmasını əsaslandıran sənədi əsassız sayıb. Fəallar məhkəmə qərarının tikintinin dayandırılması baxımından yekun əsas ola biləcəyini iddia edirlər.

Xatırladaq ki, layihəyə 20 milyon dollar həcmində investisiya ABŞ-ın “Trammo” korporasiyası tərəfindən həyata keçirilir.

©Report

Son xəbərlər
Digər xəbərlər