17 C
Baku
Friday, May 3, 2024

Gürcüstanda turizm sektorunun birillik vergi borcu silinib

Gürcüstanda turizm sektorunda fəaliyyət göstərən kiçik və orta biznes subyektləri 2021-ci il üzrə əmlak vergisindən azad edilib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Hökumətin güzəştindən 1 200-dən çox vergi ödəyicisi yararlanacaq, silinən vergi öhdəliyinin həcmi isə təxminən 40 milyon lari (təqribən 13 milyon ABŞ dolları) təşkil edir.

Xidmətdən bildirilib ki, hökumətin bu qərarı COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi itkilər şəraitində kiçik və orta biznesə stimullaşdırıcı təsir göstərəcək.

Pandemiyadan öncə – 2019-cu ildə qonşu ölkədə turizm sürətlə inkişaf edirdi, beynəlxalq ziyarətçilərin sayı rekord səviyyəyə (9.3 milyon nəfərdən çox) çatmışdı. 2020-ci ildə lokdaun fonunda ziyarətçilərin sayı 1.7 milyon nəfərə qədər azalıb, 2021-ci ildə isə say 1.6 milyon nəfərə bərabər olub.

Turizmdən əldə olunan gəlirin həcmi 2019-cu ildə 3.3 milyard ABŞ dolları təşkil etdiyi halda, 2020-ci ildə bu göstərici 427.7 milyon ABŞ dolları, 2021-ci ildə isə 1.2 milyard ABŞ dolları olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər