Bu gündən Gürcüstanda 55 yaşdan yuxarı vətəndaşların koronavirus əleyhinə peyvəndlənməsinə başlanılıb.
Vaksinasiyanın növbəti mərhələsində “AstraZeneca” preparatı tətbiq ediləcək.
Prosesə dialez xəstələri və orqan köçürülən şəxslər də cəlb olunacaq.
Qeyd edək ki, qonşu ölkədə vaksinasiyaya martın 15-dən start verilib. İndiyədək 11 mindən çox şəxs peyvəndlənmədən keçib.