5 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda vergi ombudmasının əsas fəaliyyəti nədən ibarətdir?

Gürcüstanda vergi ombudsmanın fəaliyyəti 2011-ci ildən mövcuddur. Əsas fəaliyyət istiqaməti şəfaflıq, ayrıseçkiliyə yol verməmək, qanun qarşısında məsələlərin həlli və qərar qəbul etdikdə bir tərəflik prinsipinə sadiq qalmaq və mübahisəli məsələləri həll etməkdir. Ombudsman fəaliyyəti haqqında Gürcüstan hökmətinin 23 fevral 2011-ci il tarixli 92 nömrəli qərarına əsasən vergi ombusmanı parlamentin tövsiyəsi ilə baş nazir təyin edir. Ombudsman mütləq Gürcüstan vətəndaşı olmalıdır və ali hüquqi və ya iqtisadi təhsili olmalıdır.

Onun fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

Öz ərizəsi ilə

Vəfat etdikdə

Baş nazirin qərarı ilə

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təstiq olunduqda

İtkin düşdükdə və bunun üçün məhkəmə qərarı olduqda

Barəsində qəti imkan tədbiri seçilərək məhkəmə tərəfindən qətnamə çıxarıldıqda

1 ay müddətdə təyin olduğu zamanı vəzifəyə uyğun gəlmədikdə

Vətəndaşlıqdan çıxdıqda

Vergi ombudsmanı pedaqoji və elm sahəsindən başqa sahələrlə məşğul ola bilməz.

Vergi ombudsmanı siyasi partiya üzvü olmamalıdır.

Vergi ombudsmanın işinə heç kəs müdaxilə edə bilməz. O öz səlahiyyət çərçivəsində müstəqilidir və öz ştatını özü qurub nəzarət edir. Bundan əlavə özünə işçi götürdükdə bunu Əmək Məcəlləsinin tələblərinə uyğun etməlidir. Onun bir başa vergi orqanının sirrini bilmək səlahiyyəti var. Vergi ödəyicilərinin şikayətləri əsasında, aidiyyatı qurumlardan izahat tələb edə bilər. Qərar qəbul etməmişdən əvvəl daxil olan ərizələri təhlil etməlidir. Lazım olanda təhlil üçün və ya yoxlama aparmaq üçün digər orqanlara müraciət etməklə mütəxəsislər cəlb edə bilər, seminarlar təşkil edə bilər. Səlahiyyəti daxilində monitorinq təşkil edə bilər. Bundan əlavə hər il öz işi barədə parlamentə məlumat verməlidir. Məlumatda  vergi ödəyicilərinin şikayətləri, onların həlli prosesi, çatışmazlıqlar və gələcəkdə görəcək işləri barədə məlumat əks olunmalıdır.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər