9 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Gürcüstanda bir sıra yanacaq növlərinin pərakəndə satış qiymətində artım qeydə alınıb. Bahalaşma 1-2% civarındadır.

Məlumata görə, “Nano Super” markalı benzinin qiyməti 2,47 laridən 2,5 lariyə (1,22%), “Nano Premium” – 2,37 laridən 2,4 lariyə (1,27%), “Nano Euro Regular” isə 2,23 laridən 2,27 lariyə (1,79%) qədər bahalaşıb.

Gürcüstanın yanacaqdoldurma məntəqələrində (YDM) satışa çıxarılan dizel yanacağı üzrə də bahalaşma müşahidə edilib. Belə ki, “Nano Diesel” 2,22 laridən 2,27 lariyə (2,25%), “Nano Euro Diesel” isə 2,35 laridən 2,4 lariyə (2,13%) kimi bahalaşıb.

Qonşu ölkənin YDM-lərində satılan maye qaz (LPG) və sıxılmış qazın (CNG) qiymətində isə dəyişiklik yoxdur. Belə ki, LPG-nin bir litri 1,65 lariyə, CNG isə 1,52 lariyə satılır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına əsasən, 1 gürcü larisinin rəsmi məzənnəsi 0,6304 manatdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər