28 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan universtetlərində ödənişsiz təhsil alacaqlar

Azərbaycan hökuməti Gürcüstan vətəndaşları olan azərbaycanlıların Azərbaycanın ali təhsil müəssisələrində pedoqoji ixtisaslar üzrə təhsil almaları üçün kvota ayırıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-2021-ci tədris ilindən etibarən Gürcüstan vətəndaşları olan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar və onlara təqaüd veriləcək: “Artıq Azərbaycan hökuməti tərəfindən kvota müəyyənləşdirilib. Bununla bağlı və eyni zamanda, sonradan həmin pedoqoqların Gürcüstandakı azərbaycandilli məktəblərdə işlə təmin olunmaları məsələsinin həlli üçün Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında danışıqlar planlaşdırılır. Növbəti təris ili üçün bu kvotanın doldurulması ilə bağlı mexanizmlər müəyyənləşdiriləcək”.

©Report

Son xəbərlər
Digər xəbərlər