26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanda yerli infeksionistlər yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər

Gürcüstanda epidemioloji vəziyyət kritik həddə qədər ağırlaşıb.

Yerli infeksionistlər ölkədə yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər.

Onların sözlərinə görə, klinikalarda pasiyentlər üçün boş yer artıq qalmayıb, həkim çatışmazlığı var.

Tibb mütəxəssisləri xəbərdarlıq ediblər ki, belə davam edəcəyi halda səhiyyə sistemi vəziyyətə tab gətirməyəcək.

Qrip mövsümü nəzərə alınmaqla koronavirusa yoluxma hallarının daha da artacağını qeyd edən infeksionistlər bu səbəbdən məhdudiyyətlərin gücləndirilməsini zəruri hesab edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər