12 C
Baku
Sunday, May 19, 2024

Gürcüstandan Azərbaycana 5 ayda 11 677 ədəd avtomobil ixrac edilib

Gürcüstan cari ilin yanvar-may ayları ərzində Azərbaycana 96 630, 41 min ABŞ dolları dəyərində 11 677 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı ötən illə müqayisədə 1870 ədəd və ya 13,8% azalıb, lakin ixrac edilən avtomobillərə görə ödənilən məbləğ 4 915,85 min dollar və ya 5,35% artıb.

Ötən ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycana 91 714.56 min dollar dəyərində 13 547 ədəd avtomobil ixrac edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər