4 C
Baku
Saturday, February 24, 2024

Gürcüstandan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlandı

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gürcüstan Respublikasından  “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Müayinələr nəticəsində məhsul partiyasında  karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

Son xəbərlər
Digər xəbərlər