16 C
Baku
Friday, September 26, 2025

Gürcüstandan Azərbaycana pul köçürmələr ora göndəriləni üstələyir – trend dəyişdi

2025-ci ilin ilk 6 ayında Azərbaycan və Gürcüstan arasında pul köçürmələrinin həcmi açıqlanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycana daxil olan vəsaitlər 17.4 milyon dollardan 18.1 milyon dollara yüksəlib.

Bu da illik müqayisədə 4 faiz artımdır.

Azərbaycandan Gürcüstana göndərilən pul baratları isə 25.1 milyon dollardan 13.8 milyon dollara enib. Bu, 45 faiz azalma deməkdir.

Beləliklə, son illərin statistikasında ilk dəfə olaraq Gürcüstandan Azərbaycana edilən pul köçürmələri Azərbaycandan Gürcüstana edilən köçürmələri üstələyir.

Xatırladaq ki, 2025-ci ilin ilk yarısında Azərbaycana daxil olan pul köçürmələri 534 milyon dollar, ölkədən çıxan köçürmələr isə 238.2 milyon dollar təşkil edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə daxilolmalarda 6 faiz, çıxışlarda isə 8 faiz azalma deməkdir.

Son xəbərlər
Digər xəbərlər