8 C
Baku
Thursday, November 7, 2024

Gürcüstandan Azərbaycana pul köçürmələri 26% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 18 mln. 232 min. dollar həcmində pul köçürülüb.

Banker.az-ın mənbənin Gürcüstan bürosuna istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmində 4 mln.109 min dollar və ya 29% artım qeydə alınıb.

Cari ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana isə 11 mln. 060,5 min dollar pul köçürmələri həyata keçirilib. Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkədən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 26,4% artıb.

Təkcə noyabr ayında Azərbaycandan Gürcüstana 1 mln. 97 min dollar, Gürcüstandan Azərbaycana isə 1 mln. 04 min dollar köçürülüb.

Yanvar-noyabr aylarında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 1,4 mlrd. dollardan çox pul vəsaiti daxil olub. Noyabr ayında isə qonşu ölkəyə 133,1 mln. dollar pul köçürülüb ki, bu da illik müqayisədə 9% çoxdur.

Bu il Gürcüstana ən çox pul köçürmələri Rusiyadan daxil olub. Bu ölkədən Gürcüstana yanvar-noyabr aylarında 413 mln. 749 min dollar, təkcə ötən ay isə 37,79 mln. dollar məbləğində pul köçürülüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər