Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 906,6 min dollar pul köçürülüb.

Gürcüstan Milli Bankına istinadən xəbərə görə, bu, 2015-ci ilin oktyabr ayı ilə müqayisədə 390,9 min dollar və ya 75,8% çoxdur. Sentyabr ayı ilə müqayisədə oktyabr ayında Gürcüstandan ölkəmizə pul axını 350,5 min dollar və ya 63,03% artıb.

Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 5,09%-ə bərabərdir.

Ötən ay Azərbaycandan Gürcüstana 1 225 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin oktyabr ayına nisbətən 115,6 min dollar və ya 8,62% azdır. Bu ilin sentyabr ayı ilə oktyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 128,5 min dollar və ya 11,72% artıb.

Ümumiyyətlə, bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,2%-ni təşkil edib.

APA

Son xəbərlər
Digər xəbərlər