“AFKO Təminat” MMC-nin Gürcüstandan idxal etdiyi toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərvericilər – kartof yumrularında halqavari çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof güvəsi tırtıl mərhələsində (Phthorimaea operculella Zell.) aşkar edilib. Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.
Agentlikdən bildirilir ki, aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.