İsrailin “ARKIA” və “EI AI Israel” aviaşirkətləri çərşənbə gününə keçən gecə Tbilisidən Təl-Əvivə planlaşdırılan reysləri ləğv edib.
Bu barədə “Sputnik-Gürcüstan”a Tbilisi Beynəlxalq Hava Limanının “qaynar xətt”indən məlumat verilib.
Ötən gün “ARKIA” aviaşirkəti yerli vaxtla saat 23:00-a planlaşdırılan Tbilisi – Təl-Əviv reysini ləğv edib.
Bundan başqa, “İsrail Hava Yolları”nın gecə saat 00:20-də Təl-Əviv istiqamətindəki reysi ləğv edilsə də, bu gün Tbilisi vaxtı ilə saat 14:00-da Larnaka (Kipr) istiqamətində həyata keçiriləcək.