12 C
Baku
Sunday, October 27, 2024

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı – Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri – Kobi hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti tam qadağan edilib.

Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, beynəlxalq əhəmiyyətli yolda avtomobillərin hərəkətinin qadağan olunmasına Qudauri – Kobi hissəsində güclü qar yağması, çovğun və qar uçqunu təhlükəsi səbəb olub.

Hazırda magistralda Azərbaycan, İran, Rusiya və digər ölkələrdən gələn xeyli sayda yük və minik avtomobili qalıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər