1 C
Baku
Thursday, February 9, 2023

Gürcüstanı Rumıniya ilə əlaqələndirəcək elektrik kabelinə 2.3 mlrd. avro ayrılacaq

Avropa İttifaqının (Aİ) İqtisadi Əməkdaşlıq Planı çərçivəsində Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya strateji elektrik enerjisi kabelinin çəkilməsi üçün 2.3 milyard avro investisiya ayrılacaq.

Bu barədə Aİ-nin qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi “Twitter” paylaşımında qeyd edib.

“Elektrik enerjisi kabeli Gürcüstanı və bütün Qafqazı Rumıniya ilə əlaqələndirəcək və Avropaya yaşıl enerji ixracına imkan verəcək”, – deyə Aİ komissarı qeyd edib.

Varhelyi elektrik enerjisi kabelinin tərəflərin qarşılıqlı dayanıqlılığını gücləndirəcəyini vurğulayıb.

O, Şərq Tərəfdaşlığı ölkələrinin 17 milyard avro dəyərindəki İqtisadi Əməkdaşlıq Planının nəqliyyat, rəqəmsal kommunikasiya kimi müxtəlif sahələri də əhatə etdiyini qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X