3 C
Baku
Tuesday, March 5, 2024

Gürcüstanın Azərbaycana avtomobil ixracı 100 mln. dollar artıb

Gürcüstan 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 296.99 milyon ABŞ dolları dəyərində 17 095 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 3 110 ədəd və ya 15.4% azalıb, lakin dəyəri 100.83 milyon dollar və ya 51.4% artıb. 2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 196.16 milyon dollar dəyərində 20 205 ədəd avtomobil ixrac edib.

2023-cü ildə Gürcüstanın avtomobil ixracı əvvəlki illə müqayisədə 178.1% artaraq 1 milyard 368.3 milyon dollara çatıb. Avtomobil ixracı ölkənin ümumi ixracının 33.5%-ni təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər