Bu ilin mart ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək aprelin 1-nə 5 milyon 54 min ABŞ dolları təşkil edib.
Banker.az bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.
Belə ki, Gürcüstanın Azərbaycana borcu son bir ildə 19.7% və ya 1 milyon 237 min ABŞ dolları azalıb.
Həmçinin Gürcüstanın xarici dövlət borcu 7.7 milyard dollardır ki, bunun da 7.3 milyard dolları hökumətin payına düşür.