30 C
Baku
Tuesday, June 28, 2022

Gürcüstanın Azərbaycana borcu azalıb

Bu ilin martın 1-nə Gürcüstanın Azərbaycana borcu 5.054 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 437 min dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcunun həcmi isə 7.8 milyard dollara bərabərdir ki, bunun da 7.4 milyard dolları hökumətin payına düşür.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq müqayisədə azalaraq müvafiq olaraq 9.766 milyon dollar, 37.468 milyon ABŞ dolları və 5.100 milyon ABŞ dollar olub.

Son xəbərlər
Oxşar xəbərlər